Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanı hakimiyyətdən devirmək asan deyil

Paşinyanı hakimiyyətdən devirmək asan deyil


"Ermənistanda baş nazir Nikol Paşinyan əleyhinə keçirilən aksiyaların ciddi nəticə verəcəyi şübhə doğurur. Çünki etirazçılar hakimiyyəti devirə biləcək gücdə deyillər".

Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan bildirilib ki, erməni cəmiyyətinin böyük əksəriyyəti də kilsənin etirazlarını dəstəkləmir:

"Yalnız məhdud sayda insanlar bu etirazlara qoşulub. Digər tərəfdən Qərb də hazırda Ermənistanda hakimiyyət dəyişikliyində maraqlı deyil. Ona görə də Ermənistandakı aksiyaların hakimiyyət dəyişikliyinə səbəb olacağı mümkün görünmür".

Süleyman
Xəbəri paylaş