Yarım milyondan çox insan öz pensiya ödənişlərindən mənzil almaq üçün istifadə edə bilər.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu Qazaxıstanda qüvvəyə minən Sosial Məcəlləyə əsasən, mümkün olacaq.
Sosial Məcəllə Qazaxıstanda ötən il iyulun 1-dən qanuni qüvvəyə minib. Buna əsasən, əmək stajına görə pensiya alan qazaxıstanlılar yığdıqları pulla mənzil almaq və ya müalicə almaq üçün istifadə edə bilərlər.
Məlumata görə, bu gün Qazaxıstanda pensiya ödənişlərindən vaxtından əvvəl istifadə edə bilənlərin əksəriyyəti pensiyaçılardır.
Fuad Hüseynzadə