Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada səhiyyə xidmətləri iflic olub

Qəzzada səhiyyə xidmətləri iflic olub


Qəzzada səhiyyə xidmətləri iflic olub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Fələstin Hökumətinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrailin hücumlarının fasiləsiz davam etdiyi Qəzza zolağının şimalında və Qəzza şəhərində səhiyyə xidmətləri tamamilə dayandırılıb.

Nazirlik səhiyyə xidmətlərinin dayandırılması səbəbiylə 700 min insanı təhdid edən humanitar fəlakət barədə xəbərdarlıq edilib.

Açıqlamada, Qəzza zolağının şimal hissəsi və Qəzza şəhərinin, xüsusilə Kemal Advan xəstəxanasının xidmətdən çıxması və Əl-Avde xəstəxanasının İsrailin blokadası altında olması səbəbiylə səhiyyə xidmətləri göstərmək gücünü itirdiyi ifadə edilib.

Anar Əliyev
Xəbəri paylaş