Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sərnişin təyyarəsində həyəcanlı anlar yaşandı, hava gəmisi qəzadan döndü

Sərnişin təyyarəsində həyəcanlı anlar yaşandı, hava gəmisi qəzadan döndü


Hindistanda sərnişin təyyarəsi qəza vəziyyəti yaşayıb.

Newscenter.az Hindustan Times-ə istinadən bildirir ki, sərnişin təyyarəsi flaminqo sürüsünə çırpılıb.

Belə ki, Hindistanın Mumbay şəhərində Emirates Hava Yollarına məxsus təyyarənin flaminqo sürüsünə çırpılması nəticəsində 36 quşun öldüyü bildirilib.

Qəzada "cüzi ziyan" alan təyyarənin 310 sərnişinlə təhlükəsiz eniş etdiyi qeyd edilib.

Hadisə ilə bağlı araşdırmalar davam edərkən ekoloji ekspertlər ərazidə çəkilən elektrik xətlərinin quşların istiqamətini itirməsinə səbəb olduğunu və qəzanın baş verməsinin də bu səbəbdən olduğunu iddia ediblər.

Fuad Hüseynzadə
Xəbəri paylaş