Qazaxıstanda yeni buğda növü istehsal edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Milli Aqrar Tədqiqat və Təhsil Mərkəzinin alimləri fərdi seçim nəticəsində hibrid populyasiyadan yeni növ payızlıq buğda istehsal ediblər. “Shole” adlanan yeni sort Gostianum (Hostianum) hibrid növünə aiddir.
Yeni növ buğda növü 8-12 sm uzunluğunda silindrik sünbüllərə, sıx quruluşa, uzunluğu 10 sm-ə qədər olan 14-18 tikanlı tüklərə malikdir. Meyvəsi şüşəvari, yarı uzun, iri, qırmızı rəngli, dibi hamar, mərkəzi yivlidir.
Mehman Mehdiyev