Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yunanıstandan Fələstin dövlətini tanımaq çağırışı

Yunanıstandan Fələstin dövlətini tanımaq çağırışı


Yunanıstanda Yeni Sol Partiyası hökumətdən Fələstini tanımasını tələb edib.

Newscenter.az Röytersə istinadən bildirir ki, Yunanıstan parlamentində təmsil olunan Yeni Sol Partiyası Yunanıstandan İspaniya, İrlandiya və Norveç kimi Fələstin dövlətini tanımağa qərar verməsini tələb edib.

Müxalifətdəki Yeni Sol Partiyasından verilən yazılı açıqlamada digər Avropa Birliyi (AB) ölkələrinin də yaxın gələcəkdə oxşar qərarlar verə biləcəyi bildirilib.

Açıqlamada, "Yunanıstan hökuməti dərhal tarixin doğru tərəfində olmalı və Yunan parlamentinin 2015-ci ildə verdiyi səsvermə ilə 1967-ci il sərhədlərində Fələstin dövlətini tanımalıdır" ifadələri işlədilib.

Anar Əliyev
Xəbəri paylaş