Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Turan birliyini yaranmasında qardaş Türkiyə ilə birlikdə böyük uğurlara imza atır

Azərbaycan Turan birliyini yaranmasında qardaş Türkiyə ilə birlikdə böyük uğurlara imza atır


Azərbaycan son 20 ildə regionun ən nüfuzlu ölkələrindən birinə çevrilə bildi. Son 20 ildə onun iqtisadiyyatının 4 dəfəyə qədər böyüməsi, Azərbaycan Ordusunun dünyada bənzəri olmayan bir şəkildə, 30 il işğal altında qalmış torpaqları azad etməsi və bu zaman separatizmin kökünü kəsməyin ən yaxşı nümunəsini hər kəsə göstərməsi, bir dövlət kimi onun nüfuzunu yüksəklərə qaldırdı. Bu gün Azərbaycan yerləşdiyi böyük regionun ən nüfuzlu və böyük siyasi çəkisi olan dövləti statusuna malikdir. Azərbaycan bu gün bu statusla onun üzərinə gələrək, haqsızlıq etmək istəyən Fransa kimi ölkələri pat vəziyyətinə sala biləcək bir qüdrətə sahibdir.

Bu gün Azərbaycan Turan birliyini yaranmasında qardaş Türkiyə ilə birlikdə böyük uğurlara imza atır. Azərbaycan bu gün Avropanın neft və qaz təchizatının etibarlı tərəfdaşına çevrilib. Azərbaycan bu gün Avropaya yaşıl enerji ixracı kimi Transmilli bir layihəyə start verib. Bütün bunlar ortadaykən Azərbaycanla hesablaşmamaq mümükn deyil. Bu gün bütün bu uğurların fonunda qərbdə də Şərqdə də böyüklüyündən, kiçikliyindən asılı olamayaraq bütün ölkələr Azərbaycanla əməkdaşlığa can atır. Bu gün Azərbaycan bütün dünyada Beynəlxalq tədbirlərin keçirildiyi ən yaxşı məkanlardan biri kimi təqdim olunur və ölkəmiz bu tədbirləri bənzəri olmayan bir şəkildə - daha maraqlı və daha səmərəli keçirməyi bacarır. Bu gün hətta böyük dövlətlər arasında münaqişələrin həllinə dair yüksək səviyyədən olan görüşlərin məhz Azərbaycanda keçirilməsi məsləhət bilinir. İctimai-siyasi, iqtisadi və sosial sabitliyin beşiyi kimi dəyərləndiriln ölkəmiz bu ilin noyabr ayında bəşəri bir problemin həllinə həsr olunacaq COB29 tədbirinə ev sahibliyi edəcəkdir. Dünyanın gözü iki həftə ərzində Azərbaycanda olacaq. Miqyasına görə BMT Baş Assambleyasından sonra ikinci böyük tədbirin Azərbaycanda keçirilməsi Azərbaycanın mövcud nüfuzunu bir qədər də yüksəldəcəkdir.

Düşünürəm ki, bütün bu sadaladıqlarımızın fonunda, son zamanlar dövlət başçılarının Azərbaycana intensiv şəkildə səfər etməsi kimi bir sualı da cavablandırmış olduq. Belə bir ölkə ilə kim dostluq etmək istəməz ki...

Fikrət Yusifov, iqtisad elmləri doktoru, professor

Newscenter.az üçün
Xəbəri paylaş