"Azərbaycan dünyanın müxtəlif dövlət rəhbərləri və hökumət başçılarının səfər etdiyi ölkə kimi diqqət mərkəzindədir. Bir müddət əvvəl Qazaxıstan prezidenti, ardınca Slovakiyanın baş naziri, bu günlərdə isə Tacikistan prezidentinin Azərbaycana səfər etməsi fonunda bunu aydın görürük. Bütün bunlar Azərbaycana olan maraqdan, Bakı ilə yaxından əməkdaşlıq etmək istəyindən irəli gəlir".
Newscenter.az xəbər verir ki, bunu "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, Azərbaycanın yerləşdiyi coğrafiya, malik olduğu yeraltı və yerüstü sərvətlər ölkəmizi beynəlxalq aləm, dünya dövlətləri üçün cəlbedici edir:
"Hər şeydən əvvəl Azərbaycanın regionda yaratdığı yeni reallıqlar da öz növbəsində ayrı-ayrı ölkələri Bakı ilə əməkdaşlığa sövq edir. Bu arada bir məqamı da qeyd etmək yerinə düşər ki, Bakının qarşılıql faydalı əməkdaşlığa hər zaman maraqlı olması, öz dostluq, dövlətlərarası münasibətlərə sadiqliyi də ölkəizi cəlbedici edən amillərdəndir".
Arzuman Muradlı deyib ki, Azərbaycanın regionun ən sabit və təhlükəsiz ölkə olması da Bakı ilə əməkdaşlığı şərtləndirən başlıca amillərdədndir.
Süleyman