Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha bir politoloq deputat olmaq istəyir

Daha bir politoloq deputat olmaq istəyir


Parlament seçkiləri ilə bağlı müzakirələr aktuallaşıb. Cəmiyyətdə aktiv olan şəxslərin bir çoxu artıq namizədliklərini irəli sürüblər. Bu əlbəttə sevindirici haldır, cəmiyyətin aktivliyini göstərir.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev səsləndirib. O bildirib ki, bu dəfəki parlament seçkilərində namizədliyini irəli sürə bilər:


"Bitərəf şəxs olaraq bu barədə qərarı özüm verməliyəm. Əgər iştirak edərəmsə namizədliyimi ya 110 saylı Balakən, ya da 111 saylı Zaqatala - Balakən seçki dairəsindən verəcəm. Açığı deyim bu barədə dəqiq qərarım yoxdur. Hər iki seçki dairəsinin ərazində məni kifayət qədər yaxşı tanıyırlar, güclü təbliğat aparmaq imkanım da var, qalib gələcəyimə də əminəm. Fikirləşib dəqiq qərar verəcəm, əgər müsbət qərar versəm namizədliyimi bu 2 dairədən birindən irəli sürəcəm".

Anar Əliyev
Xəbəri paylaş