"Ermənistandakı revanşist qüvvələr ciddi şəkildə Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışırlar. Düzdür, onların indiki halda bu prosesə mane olmaq imkanları minimum səviyyədə olsa da, bütün hallarda bu prosesə bir maneədir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, etirazçılar bütöv Ermənistan cəmiyyətini təmsil etmir.
Politoloqun sözlərinə görə, kilsənin siyasətə qarışması istər-istəməz Ermənistan cəmiyyətində qeyri-normal qarşılanır:
"Düzdür, erməni kilsəsi ümumi ideologiya, işğalçılıq siyasətinin davam etməsi kimi məkrli planlara hər zaman dəstək verib. Ancaq hakimiyyət uğrunda mübarizədə hər zaman arxa fonda qalıb kilsə. İndiki situasiyada kilsənin siyasətə qoşulmaası erməni cəmiyyətində o qədər də normal qatrşılanmır".
Anar Əliyev