Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa məhkəməsi X-i mediaya materiallarından istifadəyə görə qonorar ödəməyə məcbur edib

Fransa məhkəməsi X-i mediaya materiallarından istifadəyə görə qonorar ödəməyə məcbur edib


Fransa məhkəməsi fransız mediasının X-ə (keçmiş Twitter) qarşı iddiasını təmin edərək, sonuncuya xəbər materiallarından istifadəyə görə qonorar ödəməyi tələb edib.

Newscenter.az xəbər verir ki, bu barədə iddia qaldıran nəşrlər arasında yer alan Le Figaro qəzeti məlumat yayıb.

Qərara əsasən, X iki ay müddətində onların materiallarından istifadə olunduğu nəşrlərə baxış sayı, repostlar və onlarla qarşılıqlı əlaqə barədə məlumatı KİV-ə təqdim etməlidir. Həmçinin, sosial şəbəkə nəşrlərin buraxılması alqoritmlərinin iş prinsipini açıqlamalı olacaq. Məlumat 2019-cu ildə Fransada rəqəmsal platformalara şamil edilən qonşu hüquqlar qanununa əsasən media orqanlarının axtara biləcəyi potensial qonorarların “şəffaf qiymətləndirilməsi” üçün lazımdır.

Mehman Mehdiyev
Xəbəri paylaş