Gürcüstan Venesiya Komissiyasının göstərişinə uyğun olaraq “xarici agentlər” haqqında qanunu ləğv etməlidir.
Newscenter.az "Sputnik Gürsüctan"a istinadən bildirir ki, belə bir tələblə Avropa İttifaqının ali nümayəndəsi Xosep Borel çıxış edib.
Aİ diplomatiyasının rəhbəri xatırladıb ki, Avropa Şurasının Venesiya Komissiyası israrla Gürcüstanı “Xarici təsirin şəffaflığı haqqında qanunu” hazırkı formada ləğv etməy tələbini səsləndirir.
"Biz hakimiyyəti Gürcüstan demokratiyasının fundamental elementlərini qorumaq üçün bu göstərişləri nəzərə almağa çağırırıq", - deyə Borel bildirib.
Süleyman