"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi delimitasiya və demarkasiya məsələsi, eləcə də Paşinyanın erməni cəmiyyətini bu sülhə hazırlaması mərhələsini keçir. Tərəflər sülh üçün mümkün qədər möhkəm zəmin hazırlamaqla məşğuldurlar".
Bu fikirləri Newscenter.az-a ƏHD Partiyası sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, Paşinyanın Ermənistanın təhlükəsizlik qarantiyasının sərhəddəki demarkasiya olduğunu bildirməsi də bunu isbat edir:
"Görünən odur ki, Ermənistan sülhdə daha çox maraqlıdlr. Paşinyan da bunları erməni cəmiyyətinə başa salır. Çıxışlarında xüsusilə revanşist ermənilərə başa salır ki, sizlərin hansısa iddialarınız İrəvanın belə itirilməsinə səbəb olacaq. Biz öz sərhədlərimizi bilirik. Ermənistanın tarixi istəkləri müasir Ermənistandan heç nə qoymayacaq. Hesab edirəm ki, hadisələrin nisbətən ləngiməsi hiss edilsə də, bu, sülhə hazırlığın son pərdəsidir. İlin sonuna kimi sülh müqaviləsi imzalamaq üçün şanslar güclüdür".
Süleyman