Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada fələstinlilərin sığındığı məktəb bombalanıb

Qəzzada fələstinlilərin sığındığı məktəb bombalanıb


İsrailin Qəzzada dinc sakinləri hədəfə alması davam edir.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, İsrail ordusu Qəzza şəhərinin şərqindəki Dərəc rayonunda yerləşən və məcburi köçkün fələstinlilərin sığındığı "Fatimeyi-Zəhra məktəbi"ni bombalayıb. Nəticədə 9 fələstinli həyatını itirib.

Aralarında qadın və uşaqların da olduğu 9 fələstinlinin cəsədi Əl-Ehli Baptist Xəstəxanasına gətirilib.

Yüzlərlə fələstinlinin sığındığı məktəbin ətrafında məscid və müxtəlif məktəblərin olduğu, bölgədə böyük dağıntıların yarandığı bildirilir.

Həmçinin. İsrail ordusunun bu səhər Derecdə bir evi hədəfə aldığı hücumda 10-u uşaq olmaqla 16 fələstinli həyatını itirib.

Fuad Hüseynzadə


Xəbəri paylaş