Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada öldürülən fələstinlilərin sayı 36 minə çatır

Qəzzada öldürülən fələstinlilərin sayı 36 minə çatır


Qəzzada həlak olan fələstinlilərin sayı 36 minə yaxınlaşır.

Newscenters.az trthaber-ə istinadən bildirir ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 15103 uşaq dünyasını dəyişib.

Hücumlar nəticəsində həlak olan qadınların sayı isə 9849 nəfər olub.

Ümumilikdə ötən müddət ərzində Qəzzada öldürülən fələstinlilərin sayı isə 35709 nəfər olub. İsrail hücumları nəticəsində 79990 nəfər fələstinli isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.

İsrail ordusu isə Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bu yana 285-i quru əməliyyatı prosesində 634 əsgərinin həlak olduğunu açıqlayıb.

Fuad Hüseynzadə
Xəbəri paylaş