Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Ukrayna savaşı Çinin maraq dairəsindədir?

Rusiya-Ukrayna savaşı Çinin maraq dairəsindədir?


“Çin Rusiyaya daha dəhşətli öldürücü silahlar verməyə başlamış ola bilər”.

Böyük Britaniyanın müdafiə naziri Qrant Şapp

Böyük Britaniya müdafiə nazirinin fikirlərini əsasən iki istiqamət üzrə şərh etmək olar.

1-Rəsmi London artan Çin təhdidinə qarşı beynəlxalq müstəvidə fikir formalaşdırmağa çalışır.
2- Ukrayna müharibəsini bloklar arası mübarizə kimi təqdim etməklə

Qitə dövlətlərini daha çox resurs sərf etməyə təşviq edərək NATO-nun mövqeyini daha da gücləndirmək istəyir.

Bütün hallarda hesab edirəm ki, Britaniya kimi dövlətin müdafiə naziri hər hansı bir sübut olmadan fərziyyələr əsasında fikir səsləndirməz. Çox güman ki, məsələylə bağlı tərəflər yetərincə məlumata sahibdir.
Çin Ukrayna münaqişəsi ilə bağlı aktiv siyasi addımlar atmas da, müharibə Çin ordusunun maraq dairəsindədir. Bununla əlaqədar Qurtuluş ordusunun silahlanmaya yeni qəbul olunmuş silah sistemlərini real döyüş şəraitinə sınaqdan keçirmək istəməsi istisna deyil. Hər halda bu uzun illərdir sınaqdan keçmiş bir praktikadır.

Pərviz Mirizadə-AVP sədrinin beynəlxalq mısələlər üzrə köməkçisi

Newscenter.az üçün
Xəbəri paylaş