"Ermənistanda Paşinyan hakimiyyətinə davamlı xarici və daxili təsirlər, ictimai siyasi vəziyyətin kövrəkliyi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına və sülh prosesinin axarına ciddi mənfi təsir göstərir".
Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, Ermənistan hakimiyyəti çox zəifdir:
"Bir tərəfdən də dinin etirazlara cəlb edilməsi Paşinyanı ehtiyatlı və tərəddüdlü addımlar atmağa məcbur edir. Delimitasiyanın həyata keçirildiyi Ermənistanın Tavuş bölgəsində son təxribatlar və bu təxribat və təhrikçiliyin başında Qriqoryan Apastol kilsəsinin dayanması onu deməyə əsas verir ki, sülh prosesini irəli aparmaq heç də asan olmayacaq".
Əli Oruuclu qeyd edib ki, Ermənistandan fərqli olaraq Azərbaycanın mövqeyi və atdığı addımlar davamlı, sistemidir:
"Bakı sülh prosesinə sadiqliyini təkcə bəyanatlarda deyil, əməldə də göstərir. Azərbaycan çox istərdi ki, bu ilin sonunadək sülh müqaviləsi imzalansın. Təşəbbüs və cəhdlər də bu məsələnin tezləşməsinə yönəldilib. Ancaq İrəvan ləngimələrə mane olan baryerləri çox çətinliklə aşır. Bununla belə Bakı prosesin gedişindən məmnundur".
Süleyman