"Azərbaycan bütün dost, qardaş ölkələrlə olduğu kimi Tacikistanla da uğurlu əməkdaşlıq edir və ölkələrarası əlaqələr hər gün yeni bir mərhələyə qədəm qoyur".
Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun Tacikistan prezidenti İmaməli Rəhmanın ölkəmizə dövlət səfərinə münasibətində yer alıb. Analitik Qrupdan bildirilib ki, Bakı ilə Düşənbə arasında siyasi, iqtisadi, sosial, eləcə də humanitar və digər sahələrdə möhkəm əməkdaşlıq mühiti mövcuddur:
"Xüsusilə iqtisadi sahədə əlaqələr getdikcə inkişaf edir. Ancaq bütün halda bu əlaqələr mövcud potensial və imkanlara adekvat deyil. İki ölkə arasında iqtisadi sahədə əlaqələri daha da inkişaf etdirmək mümkündür. Tacikistan prezidentinin Azərbaycana səfəri çərçivəsində imzalanan sənədlər bu sahədə əlaqələrin inkişafına öz töhfəsini verəcək".
Analitik Qrup hesab edir ki, Tacikistan prezidentinin Azərbaycana dövlət səfəri Bakı ilə Düşənbə arasında münasibətlərdə yeni bir mərhələnin əsasını qoyacaq.
Anar Əliyev