Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TikTok dövlət media hesablarına girişi məhdudlaşdıracaq

TikTok dövlət media hesablarına girişi məhdudlaşdıracaq



“TikTok” sosial şəbəkəsi dövlət media hesablarına girişi məhdudlaşdırmaq niyyətindədir.

Newscenter.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Şirkət ABŞ-da noyabrda keçirilməsi planlaşdırılan prezident seçkilərinə istinad edərək, bu addımın “əsas seçki ili” zamanı xarici təsirlərlə mübarizə üçün zəruri addım hiss edilir".

Bundan əlavə, dövlət media hesablarının öz ölkələrindən kənarda tətbiqdə reklamı da bloklanacaq. Bununla belə, məhdudiyyətlər insanların hökumətlə əlaqəli TikTok hesablarına baxmasına mane olmayacaq. İstifadəçilər hələ də bu məzmunu tapa biləcəklər, məsələn, proqramdaxili axtarış vasitəsilə və ya istifadəçi ona keçid paylaşarsa.

Anar Əliyev
Xəbəri paylaş