Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə dünya üçüncüsü oldu

Türkiyə dünya üçüncüsü oldu



"Dünyada ən çox mavi bayraqlı ölkələr siyahısında 3-cü yerimizi qoruyuruq. Bu ardıcıl uğur təbii ki, qürur mənbəyidir, lakin hədəfimizə doğru əzmlə irəliləyirik. Hədəfimiz də birinci olmaqdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Ersoy səsləndirib.

Nazir Ərsoy sosial media hesablarında məsələ ilə bağlı verdiyi açıqlamada Türkiyənin bu il mavi bayraqlı çimərliklərin sayına görə dünyada üçüncü yerini qoruduğunu bildirib.

Nazir Ersoy, Türkiyənin Ətraf Mühit Təhsili Fondunun (TÜRÇEV) koordinasiyasında Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi və Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edərək həyata keçirdikləri uğurlu işlərlə hər il sayını artırdıqlarını deyib və bildirib ki, bu il Türkiyədə daha 16 çimərlikdə mavi bayraq dalğalanacaq.

Qeyd edək ki, baş ofisi Danimarkanın paytaxtı Kopenhagendə yerləşən Beynəlxalq Ətraf Mühit Təhsili Fondu - FEE tərəfindən hər il mavi bayraqlı ölkələrin sıralaması açqlanır.

Fuad Hüseynzadə

Xəbəri paylaş