Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın xarici siyasəti sülhə əsaslanır

Azərbaycanın xarici siyasəti sülhə əsaslanır


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici dövlətlərə rəsmi səfərlərini də, xaricdə keçirilən bu və ya digər beynəlxalq tədbirdə iştirakını da dünya ictimaiyyəti maraqla qarşılayır. Bu maraq dünyada sülhün,əmin-amanlığın möhkəmlənəcəyinə ümiddir, inamdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı və “Euronews” telekanalına müsahibəsi də eyni maraqla qarşılanmışdı. COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacağını bildirən ölkə başçımız Azərbaycanın Qoşulmama hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəsi olduğunu, Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlərin də müzakirə olunacağını, qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün bu prosesdə birlikdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlərə fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacağını bildirmişdi, “COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Azərbaycan həm də OPEC+ üzv ölkəsidir. Neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir” demişdi...

Müsahibədə ölkə başçımız təkcə bu günün siyasi münasibətləri haqqında deyil, perspektivlər haqqında da fikirlərini bildirmişdi ki, bu fikirlər də dünya dövlətlərinin sülh naminə siyasi münasibətlərdə müsbət təsiri ilə yadda qalacaqdı: “Biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Bu diplomatiyadır, siyasətdir, maliyyədir və Azərbaycan bunun üçün bir platforma yarada bilər”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari il aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibə Azərbaycanın bəşəri dövlət olduğunun, xarici siyasətinin dünyada sülhə, əmin-amanlığın bərqərar olmasını istədiyinin təsdiqidir. Müsahibə belə tarixləşdi...

Azərbaycan dünyada sülh tərəfdarı olan bəşəri dövlətdir.


Səbinə XASAYEVA,

Milli Məclisin deputatı
Xəbəri paylaş