ABŞ və Rusiya arasında münasibətlərin, Rusiyanın Ukraynaya hücumundan sonra daha da kritik həddə çatması səbəbiylə Avropa İttifaqı və ABŞ-ın Rusiyaya qarşı zamanla tətbiq etdikləri sanksiyalar özünün acı nəticələrini son dönəmlərdə Rusiyanın Çinlə olan münasibətlərində göstərməkdədir. Əslində Rusiyaya tətbiq edilən sanksiyalardan daha çox faydalanan ölkələrdən biri, bəlkə də birincisi Çindir. Amma Çin nə qədər özünü Rusiyanın yanında göstərməyə çalışsa da, hər kəs bilir ki, Rusiya və Ukrayna müharibəsinin davam etməsi fonunda, ən çox qazanan ölkə Çin olacaqdır.Bu səbəbdən
Çin bir çox hallarda ABŞ-ın Rusiyaya qarşı yürütdüyü siyasətə açıq və gizli şəkildə dəstək verir və tətbiq olunan sanksiyalar paketinə lazım gəlirsə riayət edir və o bütün bunları edərkən öz maraqlarını təmin etməyə çalışır. Əslində Çinin ABŞ və Rusiya arasında baş verən gərginlikdən dolayı,iki qütb arasında öz maraqlarını təmin etməsi, onun böyüməsinə və əsas rol oynamaq iqtidarında olmasından qaynaqlanır.Çin artıq dünyanın hər hansı bir qlobal sahəsində özünü alternativ güc kimi sübut edib. Bütün bunlar onu göstərir ki, yaxın gələcəkdə Rusiyanın Çindən tamamilə asılı vəziyyətə düşə bilməsi ehtimalı var və bunun üçün Rusiyanın Ukraynadakı hərbi əməliyyatlara davam etməsi lazımdır. Belə bir vəziyyətdə ABŞ -Qərb birliyinin Rusiyaya qarşı münasibətlərində vəziyyət daha da pisləşəcək və belə olan halda yalnız qazanan Çin olmalıdır.
Çingiz Şahbazi,siyasi ekspert