Avropa İttifaqının xarici işlər nazirləri Belçikanın paytaxtı Brüsseldə görüşəcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Fələstin və Ukrayna məsələləri görüşün ən mühüm mövzularıdır.
İspaniya, İrlandiya və Norveçin Fələstini dövlət kimi tanıması qərarından sonra keçiriləcək ilk Aİ Xarici İşlər Nazirləri toplantısında digər ölkələrin də bu qərarı verib-verməyəcəyi maraq doğurur.
Avropa İttifaqının ali komissarı Josep Borrell-in sədrliyi ilə keçiriləcək toplantıda İsrailin Rəfahdakı vəhşicəsinə qətliamı da gündəmdə olacaq.
Avropa xarici işlər nazirləri Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Qətər xarici işlər nazirləri ilə də görüşəcəklər.
Danışıqlar zamanı iki dövlət həlli ilə bağlı məsləhətləşmələr aparılacaq.
Süleyman