Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ən çox miqrant hansı ölkədən gəlir?

Ən çox miqrant hansı ölkədən gəlir?


Qazaxıstana ən çox miqrantın üz tutduğu ölkələr müəyyən edilib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, sırada ilk yeri Çin tutur. Sonrakı yerlərdə isə Özbəkistan, Hindistan və Türkiyə gəlir.

Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, Qazaxıstanda yerli icra hakimiyyəti orqanlarının icazəsi ilə 13 733 əcnəbi vətəndaş işləyir,

Hazırda Qazaxıstanda xarici işçi qüvvəsindən istifadə edən 1762 işəgötürən var. Onlarda 455,5 mindən çox Qazaxıstan vətəndaşı çalışır ki, bu da işçilərin ümumi sayının 99%-ni təşkil edir.
İqtisadi fəaliyyət növlərinə görə ən çox insan tikintidə - 4222 nəfər (30,7%), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda - 1686 nəfər (12,2%), inzibati və yardımçı xidmətlərdə - 1652 nəfər (12%) və mədənçıxarma sahələrində çalışır.

Əsas əmək miqrantları ölkələri bunlardır. Çin – 4059 nəfər (29,6%), Özbəkistan – 1815 nəfər (13,2%), Hindistan – 1192 nəfər (8,6%), Türkiyə – 1068 nəfər (7,7%).

Nərgiz Əzizova
Xəbəri paylaş