Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistandakı vəziyyəti gərginləşdirən xarici qüvvələrdir

Ermənistandakı vəziyyəti gərginləşdirən xarici qüvvələrdir


"Ermənistandakı vəziyyəti gərginləşdirən xarici qüvvələrdir. Bu qüvvələr də iki cəbhəni təmsil edir. Rusiya və Qərbə bağlı dairələr".

Newscenter az xəbər verir ki, bunu politoloq Elvin Babayev səsləndirib. O bildirib ki, indiki halda Rusiya əli daha çox təsirli görünür:

"Kilsəni hərəkətə gətirən də məhz Rusiyadır. Hələlik Moskva kilsənin əli ilə Paşinyana təsir etmək istəyir. Bununla Rusiya Paşinyanı Qərbəmeyilli siyasətdən geri döndürmək, onu Moskvaya tabe etməyə çalışır".

Politoloq deyib ki, Qərb də öz növbəsində Paşinyanı bu yolla Azərbaycanla sülh müqaviləsi imzalamaqdan yayındırmağa çalışır.

Anar Əliyev
Xəbəri paylaş