Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın Rusiyaya bağlı "kohnə qvardiya"sının növbəti planı

Ermənistanın Rusiyaya bağlı "kohnə qvardiya"sının növbəti planı


"Erməni apostol kilsəsinin Tavuş vilayətinin yepiskopu, "Vətən üçün Tavuş" hərəkatının başçısı, kilsə lideri Baqrat Qalstanyan Ermənistanın baş naziri postuna namizədliyini irəli sürməsi, mitinq təşkil etməsi və mövcud hökuməti istefaya çağırması, belə bir vəziyyətdə ölkənin əksər siyasi və ictimai dairələri tərəfindən dəstək qazanması Ermənistanın indiki hökumətinin demokratikləşmə və qərbləşmə istiqamətində atdığı addımların önünü kəsmək üçün, Ermənistanın Rusiyaya bağlı "kohnə qvardiya"sının növbəti planı kimi qəbul etmək lazımdır.

Newscenter.az xəbər verir ki, bunu siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O deyib ki, əslində bu kilsə liderinin arxasında konkret olaraq Robert Köçəryan dayanır və Köçəryan Ermənistanın sabiq prezidenti olmaqla yanaşı həmçinin çox böyük maliyyə resurslarına malikdir:

"Bu da ona ölkəni qarışdırmağa və insanları inanclarından dolayı aldatmağa imkan verir. "Dənizdən dənizə böyük Ermənistan" nağılları danışanlar yenidən İrəvanda meydanlardadırlar və xalqı Paşinyan hakimiyyətinə qarşı çıxmağa çağırırlar. Azərbaycanla əldə olunan normallaşma istiqamətində bütün atılan addımlar şübhə altına alınır və insanlara yenidən ümidverici vədlər verilir. Aydındır ki, ölkəmizlə sülh müqaviləsinin imzalanmasına qarşıdırlar və reallıqdan uzaq arzuları yenidən baş qaldırıb".

Anar Əliyev
Xəbəri paylaş