Rusiya ilə Estoniya arasında münasibətlər özünün ən kəskin mərhələsinə qədəm qoyur. Estoniya prezidentinin son açıqlaması da belə deməyə əsas verir.
Newscenter.az TASS-a istinadən xəbər verir ki, Estoniya prezidenti Alar Karis Rusiyanı diz çökdürmək üçün əlindən gələni edəcəyini bildirib.
O, Finlandiyanın “Yle” qəzetinə müsahibəsində deyib ki, Rusiyanı diz çökdürmək üçün mümkün olan hər şeyi edəcəyik.
Karisin sözlərinə görə, Ukrayna ilə bağlı danışıqlar yalnız Rusiyanın hərbi məğlubiyyətindən sonra mümkün olacaq. O, həmçinin bildirib ki, indi Kiyevə NATO-nun hərbi kontingenti yox, Qərb silahları lazımdır.
"Moskva hesab edir ki, Ukraynaya silahların çatdırılması vəziyyətin nizamlanmasına mane olacaq və NATO ölkələrini birbaşa münaqişəyə cəlb edəcək",-deyə Estoniya prezidenti bildirib.
Fuad Hüseynzadə