İrəvanda baş nazir Nikol Paşinyan əleyhinə keçirilən etiraz aksiyalarında KTMT baş katibinin keçmiş rəhbəri Yuri Xaçaturovun oğlu İqor Xaçaturov da saxlanılıb.
Newscenter.az news.am-a istinadən bildirir ki, saxlanılanlar arasında deputat Artur Sarkisyan da var. Ümumilikdə, polis kütləvi itaətsizlik aksiyası keçirən ondan çox etirazçını həbs edib.
Qeyd edək ki, Ermənistanda səhər saatlarından etiraz aksiyaları başlayıb. Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazan bəyan edib ki, təzyiq tətbiq edib istəyimizə nail olmalıyıq.
Mehman Mehdiyev