Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın görəvini davam etdirməsi Moskvaya sərf edir

Paşinyanın görəvini davam etdirməsi Moskvaya sərf edir


Ermənistanda baş verən etiraz dalğasının Qərbin, yaxud Rusiyanın maraqlarına xidmət etməsi barədə müxtəlif fikirlər səslənir. Bəs görəsən real vəziyyət necədir?

Newscenter.az-ın xəbərinə görə, AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu deyib ki, baş nazirin görəvini davam etdirməsi Qərbə nisbətən Moskvaya sərf edir. Onun sözlərinə görə, Paşinyan hakimiyyəti ilə Bakının işləməsi də müəyyən çətinliklərə baxmayaraq uyğundur:

"İndiki Ermənistan hakimiyyəti və nizamlanma prosesini Ermənistandakı vəziyyəti nəzərə almaqla  qaneedici saymaq olar.  Paşinyan  etirazlara hələ ki, soyuqqanlı davranış sərgiləməyə çalışsa da, proseslərin nəzarətdən çıxma təhlükəsi yaranarsa sərt müdaxilə edə biləcəyini istisna etmirəm. Hələ ki, hadisələrin drammatikləşdirilməsinin istənilməməsi heç də o demək deyil ki, etirazlar sonsuzadək davam edəcək və kilsə öz adamını hakimiyyətə gətirə biləcək".

AMİP rəsmisi hesab edir ki, ciddi fəsadlar gözlənilməsə də,  durum normallaşmanın surətini ləngidir:

"Ermənistanla Azərbaycan arasında normallaşmanın gecikməsi isə daha çox Ermənistana zərər vurur. Bundan qazanan isə kənar güclərdir".

Süleyman
Xəbəri paylaş