"Ermənistanda Eçmiədzin kilsəsinin baş nazir Paşinyana qarşı başlatdığı etirazlar səngimək bilmir. Bunu kilsə müqavimət hərəkatı adlandırsa da mahiyyətin siyasi hakimiyyət uğrunda mübarizə olduğu artıq qətiləşib".
Newscenter.az xəbər verir ki, bunu AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. Onun sözlərinə görə, Tavuş bölgəsinin Yepiskopu Baqrat Qalstanyan heç özü də gizlətmir ki atdığı addımların siyasi hakimiyyətə can atmasının təlimat və xeyir- duasını Ermənistan Qriqoryan Apastol kilsəsinin rəhbəri Qarigendən alır:
"Ona görə də Paşinyan hakimiyyəti ilə kilsə arasında son dönəmlər münasibətlər gərginləşib. Hətta o həddə qədər ki, bu iki faktor antaqonist hal alıb. Bir-birlərini qəbul etmirlər. Doğrudur erməni cəmiyyətinin üzərində kilsənin xeyli təsiri var. Erməni kilsəsi hakimiyyətlərin siyasi kurslarının müəyyənləşdirilməsində rol alırlar. Bu həm də ondan irəli gəlirdi ki, kilsə xüsusən də Rusiyanın nəzarətində olub. Əksər hallarda xüsusi xidmət orqanlarının sifariş və tapşırıqlarına uyğun fəaliyyət göstərib. Ancaq mən zənn etmirəm ki, indiki dönəmdə Qalstanyan Paşinyanı devirə biləcək və yaxud onu əvəzləyə biləcək gücə, dəstəyə malik olsun".
Süleyman