Qazaxıstan və Türkmənistan iki ölkə arasında dövriyyəni 1 milyard dollara çatdırmaq niyyətindədir.
Newscenter. az " Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər naziri Murat Nurtileu mətbuat konfransında bildirib.
"2023-cü ilin yekunlarına görə, qarşılıqlı ticarətin həcmi 563 milyon dollar (ixrac - 397 milyon dollar, idxal - 166 milyon dollar) təşkil edib, 2022-ci illə müqayisədə 28% artıb. 2024-cü ilin birinci rübünün nəticələrinə görə , iki ölkə arasında dövriyyə 105 milyon dollar təşkil edib”, - deyə Murat Nurtileu bildirib.
O, həmçinin bildirib ki, iki ölkə arasında münasibətlər müstəqillik əldə etdikdən sonra dostluq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir.
Fuad Hüseynzadə