Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya artıq Paşinyanın getməsinə qərar verib

Rusiya artıq Paşinyanın getməsinə qərar verib


"Ermənistanın revanşist kütləsinin Rusiyanın dəstəyi ilə başladığı kütləvi itaətsizlik aksiyası özünün son bazasına daxil olur. Rusiya ciddi şəkildə Paşinyandan qurtulmaq planlarını işə salmağa başlayır".

Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, Rusiya artıq Paşinyanın getməsinə qərar verib:

"Rusiya səfirinin geri çağırılması bunu isbat edirdi. Doğrudur Rusiya hələlik erməni toplumunun Paşinyanın getməsi ilə yaranacaq qarşıdurmalardan əziyyət çəkməməsi üçün daha ciddi qarşıdurmalara getmək istəmir. Sadəcə Paşinyanı qorxutmaq və öz istəyi ilə istefaya göndərməyi planlayır. Amma bu alınmasa, Ermənistanda qarşıdurmaların açıq fazasına keçiriləcəyi qaçılmaz olacaq. Paşinyan görünən odur ki, bu qarşıdurmaya hazırdır. İstefaya getmək fikri yoxdur. Qərb hələlik Paşinyanın arxasında durur".

Azər Qasımov hesab edir ki, Paşinyanın revanşistlərə qarşı mübarizəsi davam etdirəcək:

"Həm kilsənin, həm də Rusiyanın əlində Paşinyana qarşı təsir rıçaqları məhduddur. Erməni toplumunda bunun nəticəsinin belə davam edərsə acınacaqlı olacağını yaxşı başa düşürlər. Amma yenə də bu, erməni xislətinin qarşısına keçəcək, ya keçməyəcək bunu zaman göstərəcək".

Süleyman
Xəbəri paylaş