"Ermənistanda baş verən hadisələr Azərbaycanla sülh müqaviləsinin imzalanmasına yönəlmiş cəhddir".
Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan bildirilib ki, məqsəd sülh müqaviləsinin imzalanmasını əngəlləməkdir:
"Ancaq bu prosesin ciddi fəsadlar yaradacağı istisna edilir. Çünki etirazçı dəstə heç də Ermənistan cəmiyyətinin mütləq əksəriyyətini əhatə etmir. Yalnız məhdud sayda insanlar sülh müqaviləsinə qarşı çıxır".
Analitik Qrup hesab edir ki, gec-tez Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq.
Anar Əliyev