Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Turistləri daşıyan avtobus aşdı, yaralılar var

Turistləri daşıyan avtobus aşdı, yaralılar var


Qazaxıstanda turistləri daşıyan avtobus qəzaya uğrayıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hadisə Almatı şəhərində qeydə alınıb. Belə ki, Almatı vilayətində turistləri daşıyan avtobus aşıb

Hadisə zamanı avtobusun içərisində 37 turist olub. Turistləri daşıyan avtobus Enbekşikazak rayonu ilə sərhəd bölgədə aşıb. İlkin məlumata görə, sərnişin avtobusu “Kazavtoyol” şəbəkəsinə məxsus mürəkkəb yol döngəsində yoldan çıxıb. Qəza zamanı 10-dan artıq turist xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Fuad Hüseynzadə
Xəbəri paylaş