«Fransa tərəfinin heç bir hüquq və normalara sığmayan açıqlamaları, bəyanatları bu ölkənin əsl simasını, Azərbaycana qarşı olan düşmən münasibətini ortaya qoyur. Azərbaycanda COP29 tədbirinin keçirilməsinə qarşı fəal iş aparan Paris bu təxribatçı əməllərinə beynəlxalq dəstək qazanmadığını görərək indi də ölkəmizə qarşı növbəti yalana, uydurmaya əl atıb. Bu ölkənin hakimiyyətə yaxın mətbu dairələri başlarından böyük xəta edərək Azərbaycanı diktatura ölkəsi kimi dəyərləndiriblər. Bu artıq son əndazənin keçilməsi, siyasi əxlaqsızlığın göstəricisidir».
Newscenter.az xəbər verir ki, bu fikirləri «Milli İnkişaf» İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, Azərbaycanda mövcud olan demokratiya, azadlıq bütün dünyaya bəllidir:
«Demokratiyadan, insan haqlarından ağız dolusu danışan Fransa yaxşı olardı ki, öz cinayətlərinə nəzər yetirsin. Yeni Kaledoniyada baş qaldıran müstəqillik çağırışlarını güc yolu ilə dəf etmək əvəzinə insanların azad, müstəqil yaşamaq haqqını tanısın. Ona görə də Fransanın Azərbaycanı, ümumiyyətlə hər hansı bir ölkəni nədəsə itiham etməsi bir bir çərçivəyə sığmır. Paris ilk növbədə öz qüsurlarını aradan qaldırmalıdır ki, sonra kiməsə irad tuta bilə".
Süleyman