Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan heyəti bütün tərəflərlə görüşməyə, onları dinləməyə hazırdır: Milli Məclisin sədri

Azərbaycan heyəti bütün tərəflərlə görüşməyə, onları dinləməyə hazırdır: Milli Məclisin sədri


Antiqua və Barbudanın paytaxtı Sent-Cons şəhərində İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin "Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması" mövzusunda 4-cü Beynəlxalq Konfransı keçirilib. Qeyd edək ki, Beynəlxalq Konfransda dünyanın müxtəlif ölkələrindən hökumət üzvləri olmaqla yüzdən çox qonaq iştirak edib.

Newscenter.az xəbər verir ki, beynəlxalq tədbirdə iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
(Müraciətin tam mətni ilə https://president.az/az/articles/view/66071 linki vasitəsilə tanış ola bilərsiniz).

Spiker Sahibə Qafarova müraciəti səsləndirdikdən sonra bildirib ki, ölkəmizdə keçiriləcək COP-29-un rəhbər heyəti də bu konfransda iştirak edir və Azərbaycan heyəti bütün tərəflərlə görüşməyə, onları dinləməyə, həmçinin qaldırılacaq məsələlərin COP29 planlarında əks olunmasını təmin etməyə hazırdır.



Süleyman
Xəbəri paylaş