Qarabağ Universitetində böyük qələbəmizi əks etdirən strateji yanaşmalar həm təhsil müəssisəsinin tələbə və müəllim heyəti üçün, həm də cəmiyyət üçün əhəmiyyətli və yadda qalan ola bilər.
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən Kanadanın Vaterlo Universitetinin professoru İlham Axundov deyib ki, Universitetin emblemində və ya loqosunda qələbə simvollarını əks etdirmək məqsədəuyğun olardı:
"Universitet binalarına, konfrans zallarına və ya auditoriyalara müharibənin vacib şəxsiyyətlərinin və hadisələrinin adlarını vermək, Kampusun daxilində qələbəni və yenidənqurmanı simvolizə edən bir bağ yaratmaq, informativ plakatlarla onun əhəmiyyətini izah etmək yaxşı olardı. Eyni zamanda müharibənin öyrənilməsi, onun təsirləri və müharibədən sonrakı bərpa mövzularına həsr olunmuş tədqiqat mərkəzi yaratmaq da əhəmiyyətlidir".
Süleyman