Cari ilin 4 ayında Türkiyədən 11,5 milyon dollarlıq bal ixrac edilib.
Newscenter.az Şərq Qaradəniz İxracatçılar Birliyinə istinadən xəbər verir ki, 4 ayda Türkiyədən 40 ölkəyə, muxtar və azad zonalara bal satılıb.
Bu dövrdə 3 min 7 ton bal ixracından 11 milyon 477 min 245 dollar gəlir əldə olunub. Ən çox bal ixrac edilən 3 ölkə ABŞ, Almaniya və İspaniya olub.
Keçən ilin eyni dövründən fərqli olaraq bu dövrdə bal Sloveniya, Filippin, Çexiya, Fransa, Albaniya, Nepal, İsveçrə və Mərakeşə də satılıb.
Mehman Mehdiyev