Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Adil Əliyev növbəti dəfə vətəndaşları qəbul edib

Adil Əliyev  növbəti dəfə vətəndaşları qəbul edib



Mayın 29-da Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev təsdiq olunmuş qəbul qrafikinə uyğun olaraq, növbəti dəfə Milli Məclisdə qəbul keçirib.

Newscenter.az xəbər verir ki, şəhid ailələrinin üzvləri, qazilər olmaqla, ümumilikdə müraciət etmiş 36 nəfər vətəndaşla görüşən vitse-spiker qaldırdılmış sosial, təhsil, mənzil şəraitinin yaxşılaşdırılması kimi müraciətlərin bir qismini yerindəcə həll edib.

Bakı şəhəri ilə yanaşı, ayrı-ayrı rayon və şəhərlərdən qəbula gəlmiş vətəndaşların bəzi müraciətləri araşdırılıb, göstərilən məsələlərlə bağlı sorğu məktubları hazırlanıb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göndərilib. Qəbul zamanı qaldırılan məsələlərə dair vətəndaşlara qanunvericiliyin tələbləri barədə ətraflı məlumat və izahat verilib.

Milli Məclisin vitse-spikeri Adil Əliyev bir daha diqqətə çatdırıb ki, dövlət başçısının vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması və məsələlərin qısa müddətdə həll olunması barədə verdiyi tapşırıq və tövsiyələrə əsasən, onun ünvanına daxil olan bütün müraciətlər hərtərəfli öyrənilir və orada qeyd olunan məsələlərin həlli istiqamətində qanunvericiliyə uyğun olaraq lazımi addımlar atılır.

Süleyman
Xəbəri paylaş