Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerikada 1 milyondan çox insan elektriksiz qaldı

Amerikada 1 milyondan çox insan elektriksiz qaldı


Birləşmiş Ştatlarda 1 milyondan çox ev və iş yeri elektriksiz qalıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, buna səbəb okeanın o tayında güclü təsirə malik fırtınanın olmasıdır. Belə ki, güclü fırtına Texasda 1 milyondan çox ev və iş yerini işıqsız qoyub.

Texas, Oklahoma, Arkanzas və Kentukki ştatlarını təsir edən qasırğada insan tələfatı da qeydə alınıb. Məlumata görə, təbii fəlakət nəticəsində 24 nəfər həyatını itirib.

Təbii fəlakət seçki prosesinə də təsirsiz ötüşməyib. Texas ştatının Dallas şəhərində 2024-cü il prezident seçkilərində səs verməyə gedən seçicilər təxminən 100 səsvermə məntəqəsində elektrik enerjisi olmadığından səsvermədə iştirak edə bilməyiblər.

Fuad Hüseynzadə
Xəbəri paylaş