Azərbaycan dünyanın əksər ölkələri kimi Orta Asiya respublikaları ilə də sıx əlaqələr qurur, bu əlaqələri inkişaf etdirir. Bu sırada Tacikistanın da xüsusi payı var. Bu günlərdə sözügedən ölkə prezidentinin Azərbaycana dövlət səfəri bunu bir daha sübuta yetirir.
Newscenter.az-ın xəbərinə görə, sözügedən səfər barədə fikirlərini ifadə edən YAP üzvü Anar Məmmədov deyib ki, Azərbaycan və Tacikistan arasındakı strateji tərəfdaşlıq iki ölkənin liderlərinin iradəsi və xalqlarımızın dostluğu sayəsində daha da möhkəmlənməkdədir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bəyanatında vurğulanan konkret addımlar iki ölkə arasında münasibətlərin hərtərəfli inkişafını təmin edəcəkdir:
"İmzalanmış sənədlər və həyata keçirilən layihələr, Azərbaycan və Tacikistan arasında əməkdaşlığın gələcək perspektivlərini daha da genişləndirəcəkdir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir".
Anar Əliyev