Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” adlı layihənin icrasına başlanılır

“Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” adlı layihənin icrasına başlanılır


“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi “Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” adlı layihəsinin icrasına başlayır.

Bu barədə Newscenter.az-a məlumat verən ictimai birliyin sədri Hafiz Səfixanov deyib ki, layihənin əsas məqsədi Azərbaycandakı mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı problemlərin donor ölkələrin və təşkilatların diqqətində saxlamaq və onlardan mina problemlərinin həll olunmasına maliyyə yardımının artırılmasına nail olmaqdır.

Layihənin yekununda hazırlanacaq hesabatda problemin miqyası, minaların təmizlənməsindəki nailiyyətlər və problemlər, mina təhlükəsinə qarşı maarifləndirmə proqramlarının effekttivliyi, insanların mina və PHS qurbanı olmasının səbəbləri, beynəlxalq birliyin Azərbaycandakı bu problemə münasibətinin göstərilməsi nəzərdə tutulub. Hesabatın ingilis dilində olan versiyası elektron poçt vasitəsilə donor ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinə, təşkilatımızın üzv olduğu 1997-ci ilin Nobel Sülh Mükafatını almış “Piyadalar Əleyhinə Minaların Qadağan Olunması uğrunda Beynəlxalq Kampaniya – Kasetli Silahlara qarşı Koalisiya” təşkilatına, bu təşkilatın dünyanın 100 ölkəsində əməkdaşlıq etdiyi 1400 QHT-yə şəbəkə e-maili vasitəsilə göndəriləcəkdir.

Hazırlanmış hesabat dünyada minalara və PHS qarşı aparılan fəaliyyətə dair mövcud olan “Landmine Monitor Report”, “Cluster Munitions Report”, “Mine Action Review” projektlərinin redaksiya heyətlərinə də göndəriləcək. Bundan başqa minalara qarşı fəaliyyətə görə Nobel Sülh Mükafatı almış xanım Jody Villiyamsın başçılıq etdiyi “Qadın Nobel Mükafatçılar” təşkilatına da hesabatın göndərilməsi nəzərdə tutulub.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Layihənin icra müddəti 4 aydır.

Süleyman
Xəbəri paylaş