Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın İSİM metodikası Türkiyədə böyük marağa səbəb olub

Azərbaycanın İSİM metodikası Türkiyədə böyük marağa səbəb olub


Karyera və Psixologiya Mərkəzinin İSİM (İbtidai Siniflərin İnkişaf Metodikası) metodikası qardaş Türkiyədə də böyük marağa səbəb olub.

Newscenter.az xəbər verir ki, metodikanın müəllifi Samir Vəliyev Türkiyənin “Ege” və “9 Eylul” Universitetlərində bir sıra görüşlər keçirib, metodikanın incəliklərini izah edib.

Ege Universiteti Təməl Təhsil fakültəsinin dekanı, professor Pınar Çavaş və dekan müavini professor Sibel Sönmez ilə keçirilən görüşdə İSİM metodikasına Ege Universitetinin professorlarının da qoşulması və qarşılıqlı təlimlərin keçirilməsi barədə razılıq əldə edilib.

9 Eylül Universiteti Təməl Təhsil fakültəsinin dekanı, professor Günseli Yıldırım ilə keçirilən görüşdə də İSİM metodikası çox bəyənilmiş, metodika barədə geniş fikir mübadiləsi aparılmış və birgə təlim proqramları razılaşdırılmışdır.

Türkiyədə keçirilən görüşlərin ümumi nəticəsi olaraq, Samir Vəliyevin Türkiyədə sinif müəllimləri üçün, türkiyəli professorların da Azərbaycanda ibtidai sinif müəllimləri üçün birgə təlimlər verməsi planlaşdırılmışdır. Təlim proqramının sentyabr-oktyabr aylarında həyata keçirilməsi nəzərdə tutulur.
Xəbəri paylaş