Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın paytaxtı İslamabadda səfərdədir.
Newscenter.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslamabada ikigünlük rəsmi səfərə gəlib”, – xarici siyasət idarəsinin mətbuat xidməti diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycanın baş diplomatını Pakistanın xarici işlər katibinin Əfqanıstan və Qərbi Asiya üzrə köməkçisi Əhməd Nasim Varraiç qarşılayıb.
“Xarici işlər naziri Ceyhun Bayramov Baş nazir Məhəmməd Şahbaz Şərifin qəbulunda olacaq və baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə geniş müzakirələr aparacaq”, – XİN bildirib.
Mehman Mehdiyev