ABŞ Dövlət Departamentinin rəsmisi Bayden administrasiyasının Qəzza siyasətinə görə istefa verib.
Newscenter.az “Washington Post”-a istinadən bildirir ki, Dövlət Departamentinin Əhali, Qaçqınlar və Mühacirlər Bürosunda çalışan yüksək səviyyəli məmurlardan biri Stacy Gilbert İsrailin Qəzzaya yönəlik siyasətinə vəzifəsindən getməklə eirazını bildirib.
O, Dövlət Departamentinin işçilərinə elektron məktub göndərərək təmsil etdiyi qurumun İsrailin Qəzzaya yardımı əngəlləmədiyinə dair xəbərinin yanlış olduğunu deyib.
Bundan əvvəl ABŞ Dövlət Departamentindən "Qəzza siyasəti" səbəbindən istefa verən direktor Coş Paul sosial media hesabından Gilbertin istefası ilə bağlı açıqlama verib. O deyib ki, Gilbertin istefası Bayden administrasiyası və dövlət katibi (Entoni) Blinkenin Qəzzada 7 aydan artıqdır davam edən qırğına qarşı tam uğursuzluğunu göstərir.
Anar Əliyev