Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DQİDK-nin nümayəndə heyəti Türkiyədə səfərdədir

DQİDK-nin nümayəndə heyəti Türkiyədə səfərdədir


Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir. Səfərin məqsədi qardaş ölkənin müvafiq dövlət orqanları və təşkilatları ilə əməkdaşlığın perspektivlərini müzakirə etməkdir.

Newscenter.az xəbər verir ki, nümayəndə heyəti mayın 28-də Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbiri ziyarət edərək, xatirəsini ehtiramla yad edib, eyni zamanda Anıtqəbir, Atatürk və Qurtuluş Savaşı Muzeyi ilə tanış olub.

Daha sonra nümayəndə heyətinin üzvləri Ankarada Heydər Əliyev Parkını ziyarət ediblər. Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ümummilli Liderin parkdakı abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Süleyman
Xəbəri paylaş