Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əlillər üçün rəqəmsal platforma hazırlanır

Əlillər üçün rəqəmsal platforma hazırlanır


Qazaxıstan, Rusiya və Qırğızıstan birgə sosialyönümlü layihə həyata keçirəcək. Belə ki, üç ölkə lillər üçün rəqəmsal platforma hazırlayır.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, rəqəmsal platforma xeyriyyə təşkilatlarının, həkimlərin və reabilitasiya mərkəzlərinin iştirakı ilə istifadəyə veriləcək.

Qazaxıstan, Rusiya və Qırğızıstanın hazırladığı beynəlxalq rəqəmsal platforma xüsusi ehtiyacı olan xəstələrə kömək etmək üçün nəzərdə tutulur.

Layihə xüsusi qayğıya ehtiyacı olan xəstələrə rahat xidmət göstərməyə kömək edir. Bu ekosistem sayəsində onlar mürəkkəb protezlər və ya əlil arabaları tapa bilirlər.

Nərgiz Əzizova
Xəbəri paylaş