Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirir

Ermənistan müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirir


Ermənistan müdafiə sahəsində bir sıra ölkələrlə əməkdaşlığı inkişaf etdirmək nyyətindədir.

Newscenter.az news.am-a istinadən bildirir ki, bu məqsədlə erməni nazir Suren Papikyan İsveç, Bolqarıstan, Yunanıstan, Kipr və Gürcüstandan olan həmkarları ilə görüşlər keçirib. Görüşlərdə müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilmıəsinin perspektivləri müzakirə edilib.

Məlumat üçün qeyd edək ki, Suren Papikyan sözügedən görüşləri Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozep Borrelin dəvəti ilə Brüsselə səfəri zamanı keçirib.

Fuad Hüseynzadə
Xəbəri paylaş