Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hikmət Hacıyev Türkiyə səfiri ilə regiondakı vəziyyəti müzakirə edib

Hikmət Hacıyev Türkiyə səfiri ilə regiondakı vəziyyəti müzakirə edib


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə türkiyəli diplomat "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

“Hikmət Hacıyevlə görüş həmişə olduğu kimi, səmimi şəraitdə keçdi. Qardaş Azərbaycanla müttəfiqlik əlaqələri və regiondakı vəziyyəti müzakirə etdik”, - paylaşımda qeyd edilib.
Xəbəri paylaş