Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrailin tökdüyü qana Amerikanın da əli bulaşıb

İsrailin tökdüyü qana Amerikanın da əli bulaşıb


"İsrailin Qəzzada törətdiyi qətliam, insanlıq əleyhinə cinayətlərə Amerika da şərikdir. Netanyaho kimi qaniçənlə yanaşı. Amerikanın da əli Qəzzada qana bulaşıb. Çünki Amerika İsrailin Qəzzada həyata keçirdiyi soyqırımı seyr etməklə məşğuldur".

Newscenter.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri bildirib ki, İsrailin soyqırımı təkcə Qəzza üçün deyil, bütün dünya üçün təhdiddir, təhlükədir:

"İsrailin dünya, insanlıq üçün təhdidləri, soyqırımları aradan qalxmadan dünyada sülh və sabitlikdən danışmaq yersizdir. Ona görə də vaxt itirmədən İsrailin bu insanlıq əleyhinə cinayətləri son qoyulmalıdır".

Ərdoğan deyib ki, İsrail insanlıq əleyhinə cinayət və soyqırımlarına görə, beynəlxalq hüquq qarşısında cavab verməlidir.

Süleyman
Xəbəri paylaş